2 Temmuz 2020 Perşembe

Gülçöhrə Abdullayeva


  • Gülçöhrə Heydər qızı Abdullayeva 1972-ci il noyabrın 5-də anadan olub. O, səhnə fəaliyyətinə "İlham" Miniatür Teatrından başlayıb. Hal-hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uğurla fəaliyyət göstərir.

Gülçöhrə Abdullayeva V.Adıgözəlov və Anarın "Aldın payını çağır dayını” (Xəbərçi Xədicə), O.Rəcəbov və A.Babayevin ”Şeytanın yubileyi” (Şamiyyə), S.Ələsgərov və Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu” (Xanım), C.Quliyev və Ə.Əmirlinin "Yeddi məhbusə anası” (Tomris), F.Sücəddinov və T.Vəliyevanın "Mən dəyərəm min cavana” (Ziba), O.Zülfüqarov və R.Heydərin "Şəngülüm, Şüngülüm, Məngülüm” (Şəngülüm və Tülkü), R.Mirişli və M.Haqverdiyevin "Amerikalı kürəkən” (Nəzakət və Səkinə), S.Fərəcov və Ə.Nesinin "Şəhərdə manyak var” (Kar qadın), E.Sabitoğlu və Y.Şvartsın "Qırmızı papaq” (Tülkü və Ana), E.Şabitoğlu və T.Vəliyevanın "Bankir adaxlı”(Ceyran və Maral), R.Şəfəq və Ə.Səmədlinin "Baş tutmayan hiylə” (Tülkü), E.Sabitoğlu və C.Məmmədovun www.Ferzeli-kef.com (Bağdagül), F.Allahverdi və Elçininin "Baladadaşın toy hamamı” (Umxanım), rus xalq nağıllarının motivləri əsasında Ə.Hacıyevin hazırladığı "Qoğal” (Dovşan), Ə.Əmirlinin "Nuri-didə Ceyhun”(Sayad) və digər tamaşalarında biri-birindən maraqlı rollar oynamışdır.
Gülçöhrə Abdullayeva həm də "Kənddən gələn var” (1997), "Şirin bülbül” (2000), "Yanmış körpülər” (2003), "Təlatüm” (2006) filmlərində də yaddaqalan obrazlar canlandırmışdır. EvlidirAbdullayeva

1 yorum:

  1. Sağ ol Var ol...Ajdar Dadaşov....yaxşı ki sizin kimi senete ve senetçiye qiymet veren,yaşamağa ve yaratmağa ilham veren,en esası seneti ve senetçini anlayan,senetden xeberdar olan gözel-özel insan var...mene kimse -senetden bixeber,tesadüf senetimize soxulmuş manyaklar deyil,mehz senin kimi SENET FEDAİSİNİN,senete real gozle baxan SENETÇİNİN,ARAŞDIRMAÇININ verdiyi qiymet önemli

    YanıtlaSil