Ruslan Mürsəlov
Ruslan Ağaverdi oğlu Mürsəlov 1984-cü il iyunun 25-də Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə "Körpəm” eksperimental uşaq teatrında aktyor kimi çalışmışdır. Bu teatrda çalışdığı dövrdə "Cırtdan və div”, "Diş həkimi”, "Uzunqulaq dovşan” və s. tamaşalarda iştirak etmişdir. 2001-ci ildə orta məktəbi bitirmiş, 2002-2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. 2007-2012-ci illərdə "Körpəm” eksperimental uşaq teatrının bazasında yaranmış "Bakı uşaq teatrında” aktyor vəzifəsində çalışmışdır. Burada işlədiyi müddətdə "Sərxanın şər oyunu”, "Şəngülüm, Şüngülüm, Məngülüm”, "Xaşxaşın göz yaşında”, "Şrek və dostları”, "Vətən” və bir çox başqa tamaşalarda baş rolların ifaçısı olmuşdur. Burada işlədiyi müddətdə Türkiyə, İran, Gürcüstan, və s. xarici dövlətlərdə keçirilən festivallarda iştirak etmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında solist-vokolist vəzifəsinə qəbul edilib. İşlədiyi müddətdə "Amerikalı kürəkən”, "Qısqanc ürəklər”, "Bankir adaxlı”, "Yatmış gözəl və yeddi cırtdan”, "Qırmızı papaq”, "Ər və arvad”, "Qızıl toy”, "Mən dəyərəm min cavana” və s. tamaşalarda iştirak etmişdir.
Hiç yorum yok:
Yorum Gönder