6 Nisan 2015 Pazartesi

Əjdər Dadaşov

Əjdər Dadaşov:
Şöhrətin başlanğıcı, uğurun təlatümü, özəl gücün qüvvəti, dərin inamın ədaləti kəskin bir istəkdən, motivasiyasıan doğur. Həyatın qanunu belədir: sənin uğurun sənin istəyinə, istəyinin istiqamətinə, istiqamətinin hədəfinə tabedir. Üstəlik gənc mədəniyyət nümayəndəsi bunlara daha çox maraq salır. Bir az fəlsəfi çıxışlarımızı davam etdirsək belə bir mülahizəni də ortaya qoymaq olar: İşin tən yarısı daxili ruhsal baxışınla bağlıdırsa, digər yarısı qabiliyytinə görə peyda olur. Azərbaycanda isə lazımi istedadlı, bununla belə həvəsli, istəkli, və mübariz düşüncəli, qətiyyətli gənclərimiz kifayət qədərdir. Nahaqq yerə deyilməyib ki, Vətənimiz istedadlar diyarıdır…

“ideal gənclik” rublikasının ilk qonağı gənc teatr həvəskarı, həmçinin tarzən Əjdər Dadaşovdur. Əjdər Dadaşov 19 yaşındadır. Bakıda anadan olub. Təhsilinin ilk pilləsini Rusiyanın Uralski şəhərində alsa da sonralar Bakıda 251 nömrəli məktəbdə oxumaqla davam edib. Burada gözəl insan Mədinə müəllimə onun sinif rəhbəri olub. Lakin  Əjdər bu məktəbində də uzun müddət qərar tutmayıb və ailəsinin istəyilə o 4-cü sinifi 289 nömrəli zəngi liseydə davam etdirib. Əjdərin tar müsiqi alətinə marağı, bacarığı həmin bu illərdə formalaşıb və bu alət üzrə ilk müəllimi gözəl Tarzən Saiq Axundbəyli şəxsən gənc müsiqiçiylə məşğul olub. Əsl peşəkarın başçılığı ilə müsiqi alətinin səs incəliklərinə yiyələnməyə başlayan Əjdər həmin məktəbdə ona xor dərsi keçən Teymur müəlliminə də böyük minnətdarlığını bildirir. Bir müddətdən sonra Gənc müsiqiçinin həvəs və istəkləri onun Asəf Zeynallı adına müsiqi kollecinə daxil olmasına gətirib çıxardı. Burada isə onu peşəkar tarzən Şamil müəllim bu sənətin fəlsəfəsindən agah etmişdir.Soradan o senedlerin Azerbaycan Dovlet Medeniyyet ve Incesenet Universitetine verib.
“Teatr böyük sirli dünyadır bu dünyaya qatılmaq asan olsa da, burada baş çıxarmaq hər adamın işi deyil. Bir çox sənət insanları bu peşədən yarımçıq gediblər. Teatrda gülərüzlülük, sevinc, məhəbbət, əsəb, hər bir hiss yaşanır. Təəssüf ki, bizim gənc nəsil teatrlara çox az vaxt ayırırlar. Heç olmazsa orta məktəblərə, kollec və insitutlara bilətlər satılır. Bunun böyük bir xeyri vardır ki, tələbələr səhnənin, teatrın nə olduğunu, tamaşanın necə bir hiss yaşatdığını öyrənmiş olurlar. Axı bizim teatr artistlərimiz bütün həyatlarını bu sənətə bağlayıblar”.
Əlində bir sənət saxlayan bu gəncin əslində illərdir daxilində qığılcımları parlayan başqa bir talant gizlənirmiş. Əjdər hələ 4 yaşındaykən teatra böyük maraq göstərir. Uşaq yaşlarında özü biletlər düzəldərək yoldaşlarına paylayır sonra isə kiçik bir səhnə yaradaraq öz məharətilə izləyicilərin diqqətini və sevgisini qazanırdı. Hətta orta məktəbdə oxuyarkən dərs zamanı yumoristik bir səhnəni ifa edərək tamaşaçı qismində olan sinif yoldaşları və müəlliminin üzündə təbəssüm yaratmağa nail olmuşdu. Beləcə teatra marağı, səhnəyə vurğunluğu Əjdər Dadaşovun bir çox aktyorlarımızla incəsənət adamları ilə tanışlığına gətirib çıxardı.Facebook da Teatrimizin Incileri qrupun isledir. Ətrafı geniş sənətkarlarla əhatələnmiş bu gənc barədə, onun sənətə bağlılığı haqqında həmin insanların bir qisminin fikirlərilə sizi tanış edirik:
1.Sərdar Rüstəm(aktyor):
Əjdər Dadaşov mənim üçün hər şeydən öncə dostluğuna, sədaqətinə güvəndiyim, özümə doğma bilib arxalandığım – hər adama da arxalanmağ olmur indiki dövrdə – yaxın dostum, güvəndiyim dost deyə biləcəyim, az sayda olan insanlardandır, fəqət etibarlı insanlardandır!… Həzrəti Yusifin qardaşı çox idi, amma dostu təkcə Ben Yamin idi. Kənardan muşahideçi olaraq deyə bilərəm ki, Əjdər yorulmaq bilmədən çalışan Teatr ve sənət fədailərindəndir, O, təəccüb doğuracaq qədər zəhmətkeş biridir, fikir verirəm, elə hey əlləşir, vuruşur, axtarışlar edir, “Səhnəmizin İnciləri” səhifəsində bütün teatrların aktyorlarına eyni qayğı və sənətsevərliklə yanaşır, bax bu cür yaradıcı insanlara sözün əsl mənasında qibtə etmək olar. Əjdərə bu gözəl sənət axtarışlarında uğurlar diləyir və həmişə yolun açıq olsun deyirem!…
2.Əminə Babayeva(aktrisa):
Əjdər mənə həmişə ana dəyə müraciət edib. Bəli mən onun virtual anasıyam və buna çox şadam. Çox calışqandır. Əjdərə can sağlığı, həyatda xoşbəxtlik, işlərində uğurlar arzu edirəm. Bu yeni ildə balama bütün arzularının çin olmağını arzu edirəm!
3.Mətanət Atakişiyeva(Əməkdar artist):
Əjdərin xoşbəxt, tanınmış bir şəxsiyyət olmasını çox istərdim, elə də olacaq. Ona can sağlığı uğurlar həyatında şirin günlər olmasını arzu edirəm.
4.Elxan Rza(aktyor):
Əjdər həqiqətən facebook məkanında gözəl bir işlə mışğul olur. Azərbaycan teatrının sənətkarlarını geniş bir şəkildə təbliğ edir. Bu işdə ona bolluca uğurlar arzulayıram. Əjdərə təşəkkür edirəm bir daha!..
5.Nahidə Orucova(əməkdar artist):
Sən sənəti çox sevən bir insansan, əsil sənət adamı sənətə qiymət verməyi bacarmalıdır. Bax sən elə bir insansan. Zər qədrini zərgər bilər, Sən ki, “facebook”da “Teatr inciləri” rublikasını açmısan, bu çox xeyirxah bir addımdır. Bunun vasitəsilə insanları incəsəntlə bağlı bütün yeniliklərlə müxbir edsirsən. Bəzən bir çox hadisələri biz sənin yazılarından öyrənirik. Çox sağol ay Əjdər sənətdə sənə ancaq uğurlar arzu edirəm!
6.Nadir Xasıyev(aparıcı səhnə ustası, aktyor):
Azərbaycan teatr sənətində, incəsənətində ləyaqətlə təmsil olunan simaların bizə məlum səhifələrdə geniş şekildə təbliğ etməyin, onların həyat və yaradıcılığı göz önünə gətirməyin olduqca xeyirlidir, önəmlidir!
7.Ağaxan Salmanlı(Xalq artisti):
Gözəl insan, əziz dostum, sənətsevər gülərüz, hamıya təbəssüm bəxş edən Əjdərə can sağlığı hər zaman cavan, gümrah qalmasını arzu edirəm!
8.Nigar Bahadırqızı(aktrisa):
Əjdərə can sağlığı, hər zaman xoş günlər arzu edirəm. O mənim canımmdır!
9.Meyxanaçı Vüqar:
Əjdərə uğurlar, müvəffəqiyyətlər, can sağlığı!..
   

Hiç yorum yok:

Yorum Gönder