Teatrımızın inciləri 🎭
Təsisçi və rəhbəri Əjdər Dadaşov
11 Eylül 2023 Pazartesi
3 Eylül 2023 Pazar
2 Eylül 2023 Cumartesi
Nigar Tofiq
Tofiq qızı Qarayeva 1983-cü ildə Ağdam rayonunda anadan olub. 2002-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyorluğu” fakültəsində təhsil alıb. O, 2008-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işə qəbul olunub.
Teatrda işlədiyi müddətdə - Mimans xor artisti (“Hərənin öz ulduzu” S.Ələsgərov, İ.Məlikzadə), Prodüser (“Şeytanın yubileyi” O.Rəcəbov, A.Babayev), Sərfinaz (“Amerikalı kürəkən” R.Mirişli, M.Haqverdiyev), Xidmətçi (“www.ferzeli-kef.com” E.Sabitoğlu, C.Məmmədov), Suğra (“Baladadşın toy hamamı” F.Allahverdi, Elçin), Komsomol katibi (“Beş manatlıq gəlin” S.Rüstəmov, M.S.Ordubadi), Qırmızı papaq (“Qırmızı papaq” E.Sabitoğlu, Y.Şvarts), Kəblə Qubadın qızı (“Ər və arvad” Ü.Hacıbəyli), Mimans xor artisti (“Matəm marşı və ya gözünüz aydın” M.Məmmədov) Qırmızı papaq (“Qış bayramı” A.Soltan), Zəhra (“Bəxtiyar” T.Quliyev, B.Laskin və N.Rojkov) obrazlarını ifa etmişdir.
Teatrda işlədiyi müddətdə - Mimans xor artisti (“Hərənin öz ulduzu” S.Ələsgərov, İ.Məlikzadə), Prodüser (“Şeytanın yubileyi” O.Rəcəbov, A.Babayev), Sərfinaz (“Amerikalı kürəkən” R.Mirişli, M.Haqverdiyev), Xidmətçi (“www.ferzeli-kef.com” E.Sabitoğlu, C.Məmmədov), Suğra (“Baladadşın toy hamamı” F.Allahverdi, Elçin), Komsomol katibi (“Beş manatlıq gəlin” S.Rüstəmov, M.S.Ordubadi), Qırmızı papaq (“Qırmızı papaq” E.Sabitoğlu, Y.Şvarts), Kəblə Qubadın qızı (“Ər və arvad” Ü.Hacıbəyli), Mimans xor artisti (“Matəm marşı və ya gözünüz aydın” M.Məmmədov) Qırmızı papaq (“Qış bayramı” A.Soltan), Zəhra (“Bəxtiyar” T.Quliyev, B.Laskin və N.Rojkov) obrazlarını ifa etmişdir.
1 Eylül 2023 Cuma
Akademik Musiqili Teatrda PREMYERA – “Sevənlərindir Dünya”
🎭21 və 22 iyun tarixlərində saat 19:00-da 🇦🇿Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əmir Pəhləvanın “Sevənlərindir dünya” əsəri əsasında hazırlanan iki hissəli məzhəkəninpremyerası baş tutdu.Süjet xəttində real sevgi hekayəsi dayanan məişət komediyasının quruluşçu rejissoru Elməddin Dadaşovdur.Səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov.
Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Telli Hüseynova, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Emin Zeynallı, Nəzrin İsmayılzadə, Cəlal İsayev, Ayan Qurbanova, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Eleanora Abbasova, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, həmçinin teatrın xor və balet truppasının üzvləri də iştirak edirlər.
🇦🇿Bakı Şəhəri Vətən Qəhrəmanları təşkilatının Nizami rayon rəhbəri, Bakı Musiqili Şou Teatrın direktoru, Teatrımızın inciləri saytının təsisçisi və rəhbəri Əjdər Dadaşov
2 Temmuz 2020 Perşembe
Əliqismət Lalayev
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın Direktoru.
Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru.
Əliqismət Hümmət oğlu Lalayev
4 iyul 1956-cı ildə anadan olub.Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Gənc rejissor kimi səkkiz il Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında çalışıb. 1988-ci ildə doğma Salyana qayıdan Ə. Lalayev bir müddət qəzetçiliklə məşğul olub - yerli "Qələbə" qəzetində məsul katib işləyib, sonra rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb. 1993-cü ildən Bakıya köçüb. Müslüm Maqomayev adına Filarmoniyanın direktor müavini olub. Sonrakı 11 ildə Mədəniyyət Nazirliyinin İncəsənət Baş İdarəsinin rəisi kimi çalışıb. Nazirliyin strukturundakı dəyişiklikdən sonra Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri olub.Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin 6 may 2008-ci il tarixli əmri ilə Şıxəli Qurbanov adına Dövlət Musiqili Komediya Teatrının direktoru təyin edilib. Əliqismət Lalayev Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, "Azərbaycan - Orta Asiya Teatr əlaqələri" kitabının müəllifidir. Böyük Azərbaycan şairi Hüseyn Cavidin teatr səhnəsində obrazını yaradan ilk sənətçi məhz Əliqismət Lalayev olub. 1982-ci ildə Naxçıvan Dövlət Poeziya Teatrında səhnəyə qoyulan "Mənim tanrım gözəllikdir, sevgidir" tamaşasında gənc aktyor mütəfəkkir şairin obrazını yaradıb. O, eyni zamanda müxtəlif tamaşalarda Rəsul Rza və Abbas Səhhət rollarını da özünəməxsus ustalıqla oynayıb. İtalyan dramaturqu Paolo Messinainin "Sükut divarı" əsərində Antonio, Sofoklun "Elektra" faciəsində Orest obrazı da Əliqismət Lalayevin yaratdığı surətlər qalereyasına daxildir.
Yaradıcılığının sonrakı mərhələsində isə daha çox rejissor kimi tanınan Ə. Lalayev Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində onlarla tamaşaya quruluş verib. E. Qolsuorsinin "Birincilər və sonuncular", T. Uilyamsın "Sökülən yurd", E. de Filipponun "Silindr", Emin Sabitoğlu və Sabit Rəhmanın "Hicran" musiqili komediyası, H. Cavidin "Ana" və "Uçurum", A. Ostrovskının "Günahsız müqəssirlər" əsərləri, A. Dudarevin "Astana" psixoloji dramı, C. Məmmədquluzadənin "Kişmiş oyunu" və "Kamança" əsərləri əsasında "Keçmiş günlər" komediyası onun səhnəyə qoyduğu maraqlı tamaşalar sırasındadır. Ə. Lalayevin quruluşunda "Ana" faciəsi Azərbaycan Televiziyasının qızıl fonduna daxil olub və vaxtaşırı olaraq mavi ekranda nümayiş etdirilir. Bir neçə kitabın müəllifidir.
Gülçöhrə Abdullayeva
- Gülçöhrə Heydər qızı Abdullayeva 1972-ci il noyabrın 5-də anadan olub. O, səhnə fəaliyyətinə "İlham" Miniatür Teatrından başlayıb. Hal-hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uğurla fəaliyyət göstərir.
Gülçöhrə Abdullayeva V.Adıgözəlov və Anarın "Aldın payını çağır dayını” (Xəbərçi Xədicə), O.Rəcəbov və A.Babayevin ”Şeytanın yubileyi” (Şamiyyə), S.Ələsgərov və Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu” (Xanım), C.Quliyev və Ə.Əmirlinin "Yeddi məhbusə anası” (Tomris), F.Sücəddinov və T.Vəliyevanın "Mən dəyərəm min cavana” (Ziba), O.Zülfüqarov və R.Heydərin "Şəngülüm, Şüngülüm, Məngülüm” (Şəngülüm və Tülkü), R.Mirişli və M.Haqverdiyevin "Amerikalı kürəkən” (Nəzakət və Səkinə), S.Fərəcov və Ə.Nesinin "Şəhərdə manyak var” (Kar qadın), E.Sabitoğlu və Y.Şvartsın "Qırmızı papaq” (Tülkü və Ana), E.Şabitoğlu və T.Vəliyevanın "Bankir adaxlı”(Ceyran və Maral), R.Şəfəq və Ə.Səmədlinin "Baş tutmayan hiylə” (Tülkü), E.Sabitoğlu və C.Məmmədovun www.Ferzeli-kef.com (Bağdagül), F.Allahverdi və Elçininin "Baladadaşın toy hamamı” (Umxanım), rus xalq nağıllarının motivləri əsasında Ə.Hacıyevin hazırladığı "Qoğal” (Dovşan), Ə.Əmirlinin "Nuri-didə Ceyhun”(Sayad) və digər tamaşalarında biri-birindən maraqlı rollar oynamışdır.
Gülçöhrə Abdullayeva həm də "Kənddən gələn var” (1997), "Şirin bülbül” (2000), "Yanmış körpülər” (2003), "Təlatüm” (2006) filmlərində də yaddaqalan obrazlar canlandırmışdır. EvlidirAbdullayeva
15 Haziran 2016 Çarşamba
Ruslan Ağa
Ruslan Mürsəlov
Ruslan Ağaverdi oğlu Mürsəlov 1984-cü il iyunun 25-də Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə "Körpəm” eksperimental uşaq teatrında aktyor kimi çalışmışdır. Bu teatrda çalışdığı dövrdə "Cırtdan və div”, "Diş həkimi”, "Uzunqulaq dovşan” və s. tamaşalarda iştirak etmişdir. 2001-ci ildə orta məktəbi bitirmiş, 2002-2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. 2007-2012-ci illərdə "Körpəm” eksperimental uşaq teatrının bazasında yaranmış "Bakı uşaq teatrında” aktyor vəzifəsində çalışmışdır. Burada işlədiyi müddətdə "Sərxanın şər oyunu”, "Şəngülüm, Şüngülüm, Məngülüm”, "Xaşxaşın göz yaşında”, "Şrek və dostları”, "Vətən” və bir çox başqa tamaşalarda baş rolların ifaçısı olmuşdur. Burada işlədiyi müddətdə Türkiyə, İran, Gürcüstan, və s. xarici dövlətlərdə keçirilən festivallarda iştirak etmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında solist-vokolist vəzifəsinə qəbul edilib. İşlədiyi müddətdə "Amerikalı kürəkən”, "Qısqanc ürəklər”, "Bankir adaxlı”, "Yatmış gözəl və yeddi cırtdan”, "Qırmızı papaq”, "Ər və arvad”, "Qızıl toy”, "Mən dəyərəm min cavana” və s. tamaşalarda iştirak etmişdir.
20 Nisan 2016 Çarşamba
4 Şubat 2016 Perşembe
Telli Huseynova (Telnaz Hüseynova)
Hüsеynоvа Tеlnаz Bаyrаm qızı 1 mаrt 1969-cu ildə Bаkı şəhərində аnаdаn оlmuşdur. 75 sаylı оrtа tеhniki pеşə məktəbi birmişdir. 1 mаrt 1994-cü il tаrixindən Аzərbаycаn Dövlət Musiqili tеаtrındа xоr аrtisti vəzifəsində işləyir. Səs tеmbri sоprаnоdur. Tеаtrdа işlədiyi müddət ərzində «О оlmаsın, bu оlsun», «Hələlik», «Bаnkir аdаxlı», «Səhnədə məhəbbət», «Məhəbbət оyunu», «Qırmızı pаpаq», «Şən dul qаdın», «Əlin cibində оlsun», «Məsmə hаlа dаyımdır», «Mаritsа», «Tаlеlər qоvuşаndа», «Vоlqаlı cаnаn», «Silvа», «Bəydullаnın möhtəşəm tоyu», «Çılğın Qаsqоniyаlı», «Bir günlük siğə», «Аldın pаyını, çаğır dаyını», «10 min dоllаrlıq kеyf», «Nəğməli könül», «Dəli dünyа», «Gülmək qаdаğаndır», «Bir sааt xəlifəlik», «Qаdınsız yаşаmаq оlmаz» kimi tаmаşаlаrındа iştirаk еtmişdir. T. Hüsеynоvа həmçinin bir çоx tаmаşаlаrdа еpizоdik rоllаrdа dа iştirаk еtmiş, «Əlin cibində оlsun»dа аlvеrçi, «О оlmаsın, bu оlsun»-dа yеngə, «Bаş tutmаyаn hiylə»də dоvşаn, «Qırmız pаpаq»dа qırmızı pаpаq rоllаrını ifа etmişdir.Bir qızı var.
Manaf Dadasov (Manaf Dadaşov)
21 noyabr 1981-ci ildə Bakıda doğulub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Rejissorluq» fakültəsini bitirib. 01 oktyabr 2002-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Əsas rolları:
1. Carçı («Ələddinin sehrli çırağı» Ərəb xalq nağılı).
2. Şah («Xeyir və Şər» N. Gəncəvi).
3. Qonşu («Ana qaz» R. Rza).
4. Qaraçı, Açı («Qaraca qız» S. S. Axundov, A. Şaiq).
5. 2-ci N.K.V.D. işçisi («Ağ dəvə» Elçin).
6. Əsgər bəy («Hacı Qara» M.F.Axundov).
7. Həbəş («Ezop» Q.Fiqeyredo).
8. Şirməmməd («Cənnətin üç alması» N.Kazımov).
9. Tərlan («İki tonqal» A.Həsənoğlu)
10. Nazim,vəzir («Güc birlikdədir» R.Tohidoğlu)
11. Çoban – («Pəri Cadu», Ə.B.Haqverdiyev)
12. Dəliqanlı – («Şeyx Sənan», H.Cavid)
13. Ata – («Şelkunçik», E.T.A.Hofman)
14. Polis – («Oliver Tvistin macəraları» Ç.Dikkens)
15. Marlen – («Mən səni Sevirəm – M.S.S»)
16. Merkusio – («Romeo və Cülyetta» U.Şekspir)
17. Manaf – («Qoca kloun» M.Vişnek)
18. Əsgər bəy – («Hacı Qara» M.F.Axundzadə)
19. Basat – («Şahzadə Xəzrin nağılı» K.Ağabalayev, N.Kazımov)
20. Oruc – («Qaraca qız» S.S.Axundov, A.Şaiq)
21. Duremar – («Buratinonun macəraları» A.Tolstoy)
22. Martin Hənlon – («Konnemarada bir kəllə» M.Makdonax)
23. Həmid – («Ağ ölüm» V.Siqarev)
24. leylək- (“Çirkin ördək balası” H.X.Andersen)
YUĞ teatrında::
1. “Günlərin bir günündə” (İbrahim İbrahiml3i)
Akademik Milli Dram Teatrında:
1. Maliyyə naziri – (“Kölgə” Y.Şvarts)
Çəkildiyi bədii filmlər:
1. Çalğıçı – “Yol yoldaşları”
2. “Əlvida, cənub şəhəri”
3. İbrahim bəy – “Hökmdarın taleyi”
4. “Üfüqü ötənlər” (bədii- sənədli film)
Teleseriallar::
1. Fərid – “Həkimlər”
2. Nazir - “Sirr”
3. Xəlil – “Bir ovuc torpaq”
4. Master – “Русский перевод” (NTV, Moskva)
5. Kamil – “Bir ailəm var”
Əsas rolları:
1. Carçı («Ələddinin sehrli çırağı» Ərəb xalq nağılı).
2. Şah («Xeyir və Şər» N. Gəncəvi).
3. Qonşu («Ana qaz» R. Rza).
4. Qaraçı, Açı («Qaraca qız» S. S. Axundov, A. Şaiq).
5. 2-ci N.K.V.D. işçisi («Ağ dəvə» Elçin).
6. Əsgər bəy («Hacı Qara» M.F.Axundov).
7. Həbəş («Ezop» Q.Fiqeyredo).
8. Şirməmməd («Cənnətin üç alması» N.Kazımov).
9. Tərlan («İki tonqal» A.Həsənoğlu)
10. Nazim,vəzir («Güc birlikdədir» R.Tohidoğlu)
11. Çoban – («Pəri Cadu», Ə.B.Haqverdiyev)
12. Dəliqanlı – («Şeyx Sənan», H.Cavid)
13. Ata – («Şelkunçik», E.T.A.Hofman)
14. Polis – («Oliver Tvistin macəraları» Ç.Dikkens)
15. Marlen – («Mən səni Sevirəm – M.S.S»)
16. Merkusio – («Romeo və Cülyetta» U.Şekspir)
17. Manaf – («Qoca kloun» M.Vişnek)
18. Əsgər bəy – («Hacı Qara» M.F.Axundzadə)
19. Basat – («Şahzadə Xəzrin nağılı» K.Ağabalayev, N.Kazımov)
20. Oruc – («Qaraca qız» S.S.Axundov, A.Şaiq)
21. Duremar – («Buratinonun macəraları» A.Tolstoy)
22. Martin Hənlon – («Konnemarada bir kəllə» M.Makdonax)
23. Həmid – («Ağ ölüm» V.Siqarev)
24. leylək- (“Çirkin ördək balası” H.X.Andersen)
YUĞ teatrında::
1. “Günlərin bir günündə” (İbrahim İbrahiml3i)
Akademik Milli Dram Teatrında:
1. Maliyyə naziri – (“Kölgə” Y.Şvarts)
Çəkildiyi bədii filmlər:
1. Çalğıçı – “Yol yoldaşları”
2. “Əlvida, cənub şəhəri”
3. İbrahim bəy – “Hökmdarın taleyi”
4. “Üfüqü ötənlər” (bədii- sənədli film)
Teleseriallar::
1. Fərid – “Həkimlər”
2. Nazir - “Sirr”
3. Xəlil – “Bir ovuc torpaq”
4. Master – “Русский перевод” (NTV, Moskva)
5. Kamil – “Bir ailəm var”
Nebiyeva Guler (Nəbiyeva Gülər)
1970-ci ildə Azərbaycan Respublikası Yevlax rayonu Yuxarı Bucaq kəndində doğulub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1992-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 2000-ci ildə keçirilən “Dədə Qorqud” festivalının laureatı olmuşdur. Bir çox Beynəlxalq teatr və kino festivallarında iştirak etnişdir. 2002-ci ildə G. Nəbiyeva “Əməkdar artist” adına layiq görülmüşdür. G. Nəbiyeva teatrda çalışdığı illər ərzində 30-dən çox rol ifa etmiş, bədii və telefilmlərdə, televiziya tamaşalarında iştirak etmişdir. “Girov” filmində baş rolu ifa etmişdir. 2012-ci ilin may ayının 9-dan Prezident mükafatçısıdır.
Əsas rolları:
1. İzzət – («Məkkəyə yol», C. Məmmədquluzadə)
2. Xanpəri – («Müsyö Jordan və Dərviş Məstəli şah», M. F. Axundzadə)
3. Şölə - («Lənkəran Xanının vəziri», M. F. Axundzadə)
4. Pərizad – («Hekayəti-xırsi-quldurbasan», M. F. Axundzadə)
5. Kleya – («Ezop», Q. Fiqeyredo)
6. Pərilər kraliçası («Yatmış gözəl» B.Marvin)
7. Gözəlçə - («Sən məni atmazsan ki...», C. Steynbek)
8. Emilya – («Otello», V. Şekspir)
9. Şarlotta («Albalı bağı» A.P.Çexov)
10. Panasonik – («Axırıncı qatar», İ. Fəhmi, O. Kazımi)
11. Regina – («Kabuslar», H. İbsen)
12. Tea – («Qedda Qabler», H. İbsen)
13. Ledi Milford – («Məkr və məhəbbət», F. Şiller)
14. Laura – («Daş qonaq», A. S. Puşkin)
15. Zəhra – («Şeyx Sənan», H. Cavid)
16. Susana – («Aydın», C.Cabbarlı)
17. Məstan («İfritin kələyi» Y.Şvarts)
18. II gəlin, Züleyxa («Əcəl atı» V.Əlixanlı)
19. Gülər («Mən səni sevirəm –M.S.S» Ə.Əmirli)
20. Amaliya – («Don Rafaello Tranbomçu» P.Filippo)
21. Zahidə xatun – («Əlincə qalası» Dilsuz)
22. Püstə – («Qaraca qız» S.S.Axundov, A.Şaiq)
23. Knyaginya, Amaliya – («İtalyansayağı xoşbəxtlik» D.Fo, P.Filippo)
24. Dayə – («Danışan gəlincik» A.Şaiq)
25. Anna - (“III Riçard”, U.Şekspir)
Çəkildiyi bədii filmlər:
1. Əsmər - “Əsirin qayıtması”
2. Sona - “Girov”
3. Mehparə - “Ölüm növbəsi”
4. Leyla - “40-cı qapı”
Televiziya tamaşası:
1. Şeir deyən - “Muğam”
2. Dilbərin tanışı - “Qeybdən gələn səs”
Teleseriallar:
1. “Muradına çatan Günəş”
2. “Mən səni sevirəm”
3. “Qanun naminə”
4. “Qisas”
5. “Həkimlər”
6. “Polislər”
7. “Durnalar qayıdanda”
Qısa metrajlı filmlər:
1. “İki”
2. Qadın problemlərinə həsr olunmuş 8 seriyalı film
Ədalət Əbdülsəməd
1966-cı il yanvarın 17-də Bakı şəhərində doğulub. 1990-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Teatr və kino sənəti» fakültəsini bitirib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 1993-cü ildən Teatr Xadimləri İttifaqının üzvüdür. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur.
Əsas rolları:
1. Kral - («Əriməyən ürək», O.Uald)
2. Mirzə Cavad- («Aydın», C.Cabbarlı)
3. İbn Səlam - («Leyli və Məcnun», M.Füzuli)
4. Məcid - («Dələduz», N.B.Vəzirov)
5. İlya - («Halallıq», V.Rasputin)
6. Murtuz - («Dağ tikirik», V.Səmədoğlu)
7. Nəvə - («Generalın son əmri», V.Səmədoğlu)
8. Kişi - («Qara qutu», F.Mustafa)
9. Balay- («Sultanqulu körpüsü», İ.Məlikzadə)
10. Baba - («Xoşbəxt gün», Ə.Əmirli)
11. Bulat- («Arvadımın əri», S.Xuqayev)
12. Ulaq- («Dünyanın axırı», R.Əlizadə)
13. Ağamehdi- («Qumm üzərində ev», R.İbrahimbəyov)
14. Pinay- («Bir az gəlirmisiz», Ə.Nesin)
15. Saz yoxlayan – («Öldür məni can-ciyər», Ə.Nesin)
16. MİS rəisi – («Su pərisi», F.Mustafa)
17. Novruz bəy – («Aydın», C.Cabbarlı)
18. Kazak – («Hekayəti-xırs-quldurbasan», M.F.Axundov)
19. Həkim – («Şelkunçik», E.T.A.Hofman)
20. Polis – («Oliver Tvistin macəraları» Ç.Dikkens)
21. Valideyn – («Mənim ağ göyərçinim» T.Vəliyeva)
22. Əbdülqasım, Coqaş – («Əcəl atı» V.Əlixanlı)
23. Nəcəf – («Mən səni sevirəm – M.S.S» Ə.Əmirli)
24. Səftər müəllim – («Buzovna kəndinin əhvalatları» Elçin)
25. Hacı Qara – («Müsyö Jordan və dərviş Məstəli şah» M.F.Axundzadə)
26. Hacı Qara – («Hacı Qara» M.F.Axundzadə)
27. Çinar – («Pələng ili» F.Mustafa)
28. Polis – («Buratinonun macəraları» A.Tolstoy)
29. Ağabəşir - («Sarıköynəklə Valehin nağılı» İ.Əfəndiyev)
30. Natiq – («Mənim ağ göyərçinim» T.Vəliyeva)
31. Kişi – («Göyçək Fatma» Azərbaycan Xalq nağılı)
32. Rivers – («III Riçard» U.Şekspir)
33. baba - (“Dəcəl keçi” P.Nurəliyeva)
Çəkildiyi televiziya filmləri:
1. Əsas aparıcı - “Zəngəzur”
2. Məmməd Arif - “Zirvədə qalan səs. Məmməd Arif Dadaşzadə”
3. Rza müəllim - “Sonuncu Dərviş”
4. Rus şairi - “Sübhün səfiri”
Kino filmlər:
1. Qonşu - “İnterpapa”
2. Polis - “Küçələrə su səpmişəm”
3. NKVD zabiti - “İblis”
Teleseriallar:
1. Müdir müavini - “Qızlar” (Ans tv)
2. İntiqam - “Qaynana” (Xəzər tv)
3. Hikmət - “Həyat sən nə qəribəsən” (Xəzər)
25 Ocak 2016 Pazartesi
116 saylı mekteb "Qanlı yanvar" şagirdlərin gözündə
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990 cı il 20yanvar hadisələrindən 26il keçir.Keçmiş sovet dövlətinin hərb maşınları həmin gün Azərbaycan xalqına qarşı insanlığa sığmayan terror aktını həyata keçirdilər.
Hər il olduqu kimi Xatəyi rayonu 116 saylı tam orta məktəbin direktoru Seyidova Aidə məllimənin rəhbərliyi ilə 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib. Bu il də məktəbin ədəbiyyat müəllimələri Ələkbərova Rəna, Süleymanova Dilbazi və Cəfərova Hicran müəllimənin iştiraki ilə məktəbdə 20 Yanvar tədbiri baş tutdu. Tədbirdə şagirdlərin ifasında 20 Yanvar faciəsinə həsr olunan şeirlər səsləndi,ədəbi –bədii kompozissiya nümayiş etdirildi.
Tədbir iştirakçıları: Heydərova Aysel,Məmmədzədə Əli,Məmmədova Zərifə,Qasımova Elnarə,Rüstəmova Validə,Məhərrəmli Aysel,Eyvazlı İlahə,Nəcəfov Seymur,Namazov Həbib,Həsənova Fatimə,Məmmədova Ülkər,Həsənova Sevda,Qocayeva Fatimə,Həsənova Sevda,Əliyeva Ləman,İbadullazadə Jalə,Məmmədli Jalə,Həsənli Ləman,Quluzadə Banu,Kazımova Hafizə,Məmmədova Aynur,Nuriyeva Diana,Hüseyinova Nurlanə,Məmmədova Günel,Kərimova Fatimə,İsmayılzadə Hüseyn. Yazar.Ajdar Dadasov
Kaydol:
Kayıtlar (Atom)