Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-ci ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Səfərova, Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun «Bəxt üzüyü» tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür. 1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. A. Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan «Bəxt üzüyü», «Evləri köndələn yar», «Yaşıl eynəkli adam», «Nekroloq» və.s. adlarını qeyd etmək olar. Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır. O, uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışır. A. Bəşirqızı, 1989-cu ildə «Əməkdar artist», 1993-cü ildə «Xalq artisti» fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə «Qızıl Dərviş» mükafatına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə "Şöhrət” ordeni ilə təltif olunub.
Xalq Artisti Bəşir Səfəroğlunun qızıdır.
"Xalq Artisti"fəxri adı "Şöhrət" ordeni "Qızıl Dərviş" mükafatı "Prezident mükafatı""Azərbaycan mədəniyyətinə dəyərli töhfə""Zirvə" mükafatı "Sənətkar ordeni",Humay. 2.Teatr səhnəsindəki
Subaylarınızdan görəsiniz-Səməni 1991,Hicran-Qızbacı
O olmasın, bu olsun-Sənəm 1998-2015 Cənnət Səlimova Üzeyir Hacıbəyov
Bankir adaxlı-Nisə 1998-2015 Faiq Zöhrabov Emin Sabitoğlu,Tamara Vəliyeva
Məhəbbət oyunu-Səltənət 2007 Faiq Zöhrabov Qeybulla Rəsulov,Cavanşir Quliyev
İtgin ər-Məleykə 2002 Ə. Ziyadxanov Əli Əmirli
Məsmə xala dayımdır-Məsmə 2007 Ə. Ziyadxanov R.Mustafayev, C.Məmmədov
Mən dəyərəm min cavana-Güldəstə 2008 Yusif Əkbərov Faiq Sücəddinov,Tamara Vəliyeva
Yeddi məhbusə anası-Zalxa 2007 Oruc Qurbanov Əli Əmirli,Cavanşir Quliyev
Xanuma-Xanuma 2011 Qoça Kapanadze Avksenti Saqareli,Vladimir Dolidzen
Kimyagər -Kimyagər 2012 Bəhram Osmanov Mirzə Fətəli Axundov,Əjdər Ol,Səyavuş Kərimi
Ər və arvad-Minnət xanım 2010 Yusif Əkbərov Üzeyir Hacıbəyli
Şəhərdə manyak var-Qəmzə xanım 2009 Oruc İzzətoğlu Sərdar Fərəcov,Əziz Nesin
Toya bir gün qalmış-Roza 2015 Əsgər Əsgərov Əli Səmədli 3.Televiziya tamaşarlında yaratdığı Zəhra xalaqızı ("Yaşıl eynəkli adam"), Suğra ("Bala bəla sözündəndir"), Darçınbəyim ("Evləri köndələn yar"), Ayka ("Yarımştat"), Gülya ("Nekroloq") rolları ilə daha da məşhurlaşıb.Seriyyal:Qayinana miz
Hiç yorum yok:
Yorum Gönder