23 Nisan 2015 Perşembe

Yasin Qarayev

Qarayev Yasin Mikayıl oğlu ( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )

22 may 1946-cı ildə Şəmkir rayonunun Dəllər -Cırdaxan kəndində doğulub.

22 fevral 1973-cü ildə M.A.Əliyev adına Teatr İnstitutunun «Musiqili komediya aktyoru» fakültəsini bitirib.
12 mart 1973-cü ildən Gənc Tamaşaçılar teatrının aktyorudur.
22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adları ilə təltif olunub.
15 may 2006-cı ildən Prezident mükafatçısıdır. «Qızıl Dərviş» mükafatı laureatıdır.

Əsas rolları:

1. Aşıq Vəli, Mahmud – («Hacı Qəmbər», Nəcəf Bəy Vəzirov)

2. Cəlal – («Komsomol poeması», İskəndər Coşğun)

3. Volodya Kulikov – («Unutmayın», Yusif Əzimzadə)

4. Elşad – («Şəhərli oğlan», Qeybulla Rəsulov)

5. Əziz – («Sağlıq olsun», İsi Məlikzadə)

6. Qarakişi – («Gəl qohum olaq», İsi Məlikzadə)

7. Qulu – («Tamahkar», Süleyman Sani Axundov)

8. Azər – («Mahmud və Məryəm», Elçin)

9. Əflətun – («Ölüm hökmü», Elçin)

10. Qələndərov – («Olmuş əhvalat», Aqşin Babayev)

11. Qafar – («Çimnaz xanım yuxudadır», Süleyman Rüstəm)

12. Əmi – («Nənənin kələyi», Əhməd Orucoğlu)

13. Kürən – («Yaddaş ağrısı», Hüseynbala Mirələmov)

14. Qafar – («Çimnaz xanım yuxudadır», Süleyman Rüstəm)

15. Aşıq Vəli – («Yağış, yağmur və daldan atılan daş», Nəcəf bəy Vəzirov).

Hiç yorum yok:

Yorum Gönder