Qebir 51 İki adama bir qəbirMüsahibələrinin birində demişdi bu sözləri. Özünümü düşünmüşdü? Demək çətindi. Amma hər halda bu fikirlər özünə qarşı gördüyü diqqətsizlikdən doğurdu. Məhz bu biganəlik aktrisanın ölümünə səbəb oldu.
Lütfiyyə Səfərova cəmi bir neçə aydır ki, aramızda yoxdur. Amma bu barədə heç bir media orqanında bir kəlmə də olsun söyləmədilər. Sanki belə bir sənətçi heç olmamış kimi.
Lütfiyyə xanım ömrünün sonuna qədər ümidlə nə vaxtsa ona da fəxri ad verəcəkləri günü gözləyib. Şan-şöhrət naminə yox, qədir-qiymət üçün istəyib bu adı. “Onun dövlətdən yeganə umacağı qayğı, diqqət və qiymət idi. Çox təəssüf ki, aktirisa haqqı olan qiyməti ala bilmədi” – deyir yaxınları.Lütfiyyə Səfərovanın 44 il ərzində əldə etdiyi uğur, göstərdiyi xidmət onun fəxri ada layiq görülməsi üçün kifayət deyildimi? Təəssüf ki, bu sualların indi cavabı yoxdu.
İndi Lütfiyyə Səfərova Bakıdan uzaq bir qəbiristanlıqda anası ilə birgə uyuyur.
Xanim Qafarova ile birlikde İki adama bir qəbirHəyatını Azərbaycan incəsənətinə həsr etmiş aktrisaya bu məmləkətdə bir qarış torpaq da çox görüldü. Çəkdiyi əziyyət, incəsənətimizin inkişafında göstərdiyi xidmətləri kimi ölümü də adiləşdirildi. Heç onun üçün 40 mərasimi də təşkil olunmadı. Yaxınlarına 40 mərasiminin Təzə Pir məscidində keçiriləcəyi bildirilsə də, təziyəyə yollananlar qapıdan qaytarılıb. Məscidin işçiləri belə bir mərasimin təşkil olunmadığını söyləyiblər. Halbuki tamaşaçılarının alqış sədaları altında son mənzilə yola salınması ən təbii haqqı idi.Məsələnin dini tərəflərinə gəlincə, bir insan başqa bir insanın tam çürüməmiş bədəni olan bir qəbirdə dəfn edilə bilməz. Bu, həm İslam, həm də xristian dinində belə səciyyələndirilir. İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, bir insan bir qəbirdə dəfn edilir. Lakin zərurət halında ikincisini eyni yerdə basdırmaq olar: “Məsələn, Uhud döyüşündən sonra bir çox şəhid bir məzarda dəfn olunmuşdu. Əgər qəbirdəki cəsəd çürüyübsə, arada torpaq olmaqla başqa bir meyiti orada dəfn etmək olar. Bu halda əvvəlki meyitin sümükləri yığılıb toplanır, sonra yeni meyitlə arada torpaq olmaqla dəfn işləri həyata keçirilir”.
Hiç yorum yok:
Yorum Gönder