28 Nisan 2015 Salı

Kubra Eliyeva


Əliyeva Kubrabəyim Ağa qızı 5 yanvar Gəncə şəhərində anadan olmuşdur. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı obrazlar bunlardır. Rasimə (“Anam gəldi” Ş.Xusainov), Gülbadam (“Elbrus evlənir” G.Xuqayev), Gülnisə (“Solğun çiçəklər” C.Cabbarlı), Adilə (“Ana məhəbbəti”Y.Məmmədov), Pəri xala (“Sən nə üçün yaşayırsan”İ.Qasımov, H.Seyidbəyli) və s. Musiqili Komediya Teatrında oynadığı rollar bunlardır. Gövhər xala (“Gözün aydın” M.Əlizadə), Balı (“Qızıl toy” R.Heydər), Gülbadam (“Sevgilimin anası” G.Xuqayev), Sənəm (“Məşədi İbad” H.Hacıbəyov), Balaxanım (“Sonqulunun sərgüzəştləri” R. Əhmədzadə) və s. Kubrabəyim Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Ponsiya (“Dişi canavar ” F.Lorka), Nazilə (“Dəlilər və ağıllılar” İ.Əfəndiyev), Hayqanuş (“Hökmdar və qızı” İ.Əfəndiyev), Qaraqoyunlu ana (” Ağqounlular və Qaraqoyunlular” Ə.Əmirli), Firəngiz (“Ah,Paris… Paris!..” Elçin), Ana (“Eloğlu” A.Şaiq). Aktrisa “Evləri köndələn yar” (Bazarkomun arvadı), “Analar”(Zərbuta), “İtkin gəlin” (Xədicə), “Sabiqlər” (Nazirin arvadı), “Sonuncu məhəbbət” (Ümbülnisə) teletamaşalarında iştirak edib. Kubrabəyim Əliyeva 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildən Prezident təqaüdçüsüdür.
Filmoqrafiya Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film),Analar (Zərbuta),Bu da bir naxışdır (film, 1987),
Canavar balası (film, 1997),Evləri göydələn yar (film, 2010),Evləri köndələn yar (film, 1982),
Güllələnmə təxirə salınır!… (film, 2003),Gülüş sanatoriyası (film, 1989),İtkin gəlin (film, 1994) (Xədicə),Məhəllə (film, 2003),Məhəllə 2 Moskvada (film, 2004),
Mənim ağ şəhərim (film, 1994),Məşədi İbad-94 (film, 2005),Sabiqlər (film, 1999),Sabiqlərin yeni sərgüzəştləri (film, 2000),Sonuncu məhəbbət (film, 1985),
Şahid qız (film, 1990),Şəbih (film, 1971),Şirbalanın məhəbbəti (film, 1991),Tam məxfi (film, 2004)

25 Nisan 2015 Cumartesi

Nicat Kazimov

  Kazımov Nicat Mirəziz oğlu — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti.                                                                                                17 iyun 1972-ci ildə Dəvəçidə doğulub. 26 iyun 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin «Dram teatrı və kino aktyorluğu» fakültəsini bitirib.
01 oktyabr 1993 -cü ildən Gənc Tamaşaçılar teatrında aktyor, 2006-cı ildən isə həm də quruluşçu rejissor kimi fəaliyyət göstərir. 2000-ci ildə “Ələddinin sehrli çırağı” tamaşasına görə ilin rejissoru seçilmişdir. Hazırladığı “Pəri Cadu” tamaşasına görə “Zirvə” mükafatına layiq görülmüşdür. Bir çox Beynəlxalq Festivalların iştirakçısı olmuşdur . Gənc Tamaşaçılar Teatrında oynadığı tamaşaların sayı 60-ı keçib, 20-dən çox tamaşaya və bir çox dövlət tədbirlərinə quruluş verib. Uzun müddət ölkənin müxtəlif telekanallarında aparıcı işləyib.
2013-cü ilin iyun ayının 25-də Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

Quruluş verdiyi əsas tamaşalar:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı:

1. «Tık-tık və tuk-tuk» (Nicat Kazımov)
2. «Cənnətin üç alması» (Nicat Kazımov)
3. «Ələddinin sehrli çırağı» (Ərəb xalq nağılı)
4. «Pişiyin evi» (Samuil Marşak) – rus bölməsi
5. «Zoluşka» (Şarl Perro) – rus bölməsi
6. «Ah, qadınlar, qadınlar» (Marat Haqverdiyev) azərbaycan və rus bölməsində)
7. «Pəri cadu» (Əbdürrəhim bəy Haqverdiyev)
8. «Çəkməli pişik» (Ş.Perro)
9. «Yatmış gözəl» (B.Marvin)

11. «Qoca kloun» (M.Vişnek)
12. «Şəngülüm, şüngülüm, məngülüm» – (M.Müşfiq)
13. «Danışan gəlincik» – (A.Şaiq)

Akademik Milli Dram Teatrı:

1.«Kabuslar» – (E.Filippo)
2.«Məlikməmməd» (Nicat Kazımov)
3.«Zorən şorgöz» – (Rey Kluni)
4.«Kölgə» (Y.Şvarts)

Akademik Milli Dram Teatrı: (aktyor kimi)

1. Riçard Uilli – («Zorən şorgöz» Rey Kluni)
2. Məxfi məsləhətçi – («Kölgə» Y.Şvarts)                                                                                                  "Tarixin canlı səhifələri -1 " (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2014
"Tarixin canlı səhifələri -2 " Qadın Hökmdarlar (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2014 "Tarixin canlı səhifələri -3 " 1941-1945 (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2015 Əziz Nesin. "Öldür məni, can-ciyər" (Qaqauz Milli Teatrı, Moldova, 2016)[1] “Sarı gəlin” (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2015 Məhəmməd Füzuli. "Leyli və Məcnun" (2016

Filmoqrafiya                                                                                         Spasibo (film, 1998)                                                                     Mən sənin dayınam (film, 2001)                                           Cavanşir (film, 2002)                                                                         Bir anın həqiqəti (film, 2003)                                                 Sonuncu şahid (film, 2004)                                                    Qızlar (film, 2007)                                                                       Sirat körpüsü (film, 2007)                                                                 Daş atan (film, 2009)                                                                         Qağayı (film) (Polşa filmi)                                                               Tahirənin intiqamı (teleserial)                                                   100 kağız (film, 2015)

Almaz Mustafayeva

1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub.

Azərfilm kinostudiyasının nəzdində 3 illik «kinoaktyorluq» kursunu bitirib.

1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib.

1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır.

1997-ci ildə «Qızıl Dərviş» mükafatı ilə təltif olunub.

Əsas rolları:

1. Sadıx – («Mənim nəğməkar bibim», Əkrəm Əylisli)

2. Qaraca qız – («Qaraca qız», Süleyman Sani Axundov, Abdulla Şaiq)

3. Bahar – («Ana laylası», İskəndər Coşğun)

4. Balaca – («Mənim mehriban balam», Şaqinyan)

5. Ramo – («Əlvida Hindistan», Qeybulla Rəsulov)

6. Əhməd – («Tamahkar», Süleyman Sani Axundov)

7. Aycan, Sevinc gülü – («Aycan», Xanımana Əlibəyli)

8. İlqar – («Sehrli yaylıq», Kərim Həsənov)

9. Gəlincik – («Gəlincik», Abdulla Şaiq)

10. Bala dovşan – («Çal oyna», İskəndər Coşğun)

11. Alverçi – («Ələddinin sehrli çırağı», Nicat Kazımov)

12. Lalə – («Açıl, bənövşəm açıl», İskəndər Coşğun)

13. Qadın – («Ah, qadınlar, qadınlar», Marat Haqverdiyev)

14. Nazar – («Sirr», Alla Axundova)

15. – («Hind fantaziyası», Rafiq Əliyev)

16. Pyero – («Çəkməli pişik», Nicat Kazımov)

23 Nisan 2015 Perşembe

Yasin Qarayev

Qarayev Yasin Mikayıl oğlu ( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )

22 may 1946-cı ildə Şəmkir rayonunun Dəllər -Cırdaxan kəndində doğulub.

22 fevral 1973-cü ildə M.A.Əliyev adına Teatr İnstitutunun «Musiqili komediya aktyoru» fakültəsini bitirib.
12 mart 1973-cü ildən Gənc Tamaşaçılar teatrının aktyorudur.
22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adları ilə təltif olunub.
15 may 2006-cı ildən Prezident mükafatçısıdır. «Qızıl Dərviş» mükafatı laureatıdır.

Əsas rolları:

1. Aşıq Vəli, Mahmud – («Hacı Qəmbər», Nəcəf Bəy Vəzirov)

2. Cəlal – («Komsomol poeması», İskəndər Coşğun)

3. Volodya Kulikov – («Unutmayın», Yusif Əzimzadə)

4. Elşad – («Şəhərli oğlan», Qeybulla Rəsulov)

5. Əziz – («Sağlıq olsun», İsi Məlikzadə)

6. Qarakişi – («Gəl qohum olaq», İsi Məlikzadə)

7. Qulu – («Tamahkar», Süleyman Sani Axundov)

8. Azər – («Mahmud və Məryəm», Elçin)

9. Əflətun – («Ölüm hökmü», Elçin)

10. Qələndərov – («Olmuş əhvalat», Aqşin Babayev)

11. Qafar – («Çimnaz xanım yuxudadır», Süleyman Rüstəm)

12. Əmi – («Nənənin kələyi», Əhməd Orucoğlu)

13. Kürən – («Yaddaş ağrısı», Hüseynbala Mirələmov)

14. Qafar – («Çimnaz xanım yuxudadır», Süleyman Rüstəm)

15. Aşıq Vəli – («Yağış, yağmur və daldan atılan daş», Nəcəf bəy Vəzirov).

Ramin Shixaliyev

Şıxəliyev Ramin Tofiq oğlu 1979-cu il iyul ayının 12-də Lerik rayonu Kələxan kəndində anadan olub. 1997-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsinin bakalavr, 2001-2003-cü illərdə sənətşünaslıq fakültəsinin teatrşünaslıq üzrə magistratura dərəcəsini alıb. 2012 ci il Ferval ayndan Azərbaycan Dövlət Akademik Milli Dram teatrin aktyorudu.
1998-2003-cü ilədək “İlham” Minüatür Teatrında oynadığı rollar:
Əyyaş (“Dünyanın axırı” R.Əlizadə),

Satıcı (“Şifonerdə eşq məhəbbət” C. Aslanoğlu),

Balabəy (“Qulaq”),

Qurd (“Qurd və Quzu” R. Səməndər),

Montyor (“Müasir toy” Miryusif).

2003-2012-ci ilədək Bakı Bələdiyyə Teatrında oynadığı rollar:

Cəlal (“Ölülər” C. Məmmədquluzadə),

Fərraş (“Nadir şah” N.Nərimanov),

Xasməmməd (“Dönüş” C.Cabbarlı),

Cəbhəçi (“Oğul” A. Babayev),

Poçtalyon (“Damokl Qılıncı” N. Hikmət),

Silvestr (“Skapenin kələkləri” J.B.Molyer),

Qulaməli (“Müsyo Jordan dərviş Məstəli şah” M.F.Axundzadə),

Sahə müvəkkili (“Daşa dönmüş ürəklər” X.Əlimirzəyev),

Qazı köməkçisi (“Bəylik dərsi” M.Süleymanlı),

Arslan ağa (“Əli və Nino” Q.Səid),

Ağa Bəşir (“Mürafiyə vəkilləri” M.F.Axundzadə),

Əvəz Əvəzov (“Qaravəlli” Anar),

Xoren (“Türk sancağı” A.Qurbani).

Çəkildiyi televiziya filmləri və seriallar:

Mehman (“Ağ saçlı adam”),

Məhbus (“Gürzə”, Ə. Seyidov),

Nəsir (“Mürafiə vəkilləri”),

Polis çavuşu (“Seçilən”),

Rəşid (“Susmuş vicdan”),

Vüqar (“Qaynana”),

Avtoş (“Oyunçu”),

Sədi müəllim (“3 bacı”),

M.Ə.Sabir (“M.Ə.Sabir”),

Mamed (“Unvansız eşq” Ə. Seyidov).

Bədii filmlər:

Gənc Bolşevik (“Cavid ömrü”),

Erməni cəsusu (“Cavad xan”),

Musanın qardaşı (“Dolu”),

Kərəməli (“Sübhün səfiri”),

Akademik Milli Dram Teatrında oynadığı obrazlar:

Ərizəçi (“Sərgüzəşti-vəziri-xani- Lənkəran”, M.F.Axundzadə ),

Sakin (“Qatarın altına atılan qadın ”, A.Məsud),

İgid (“Qanlı Nigar”,S.Şendil ),

Qonsalonun qohumu (“Don Juan və Həndəsə” M.Friş ),

I Kor (“Yaşlı Xanımın gəlişi”, F.Dürenmatt ),

Fəhlə (“Oliqarx”, Əfqan),

Tək göz (“Kuraj və uşaqları”, B.Brext ),

Hüseyin Şahid (“Anamın kitabı”, C.Məmmədquluzadə),

Qulluqçu, Siçan bəy (“Danışan gəlincik”,A.Şaiq ).
Silindir '' -  Cuzeppe," Nadir Sah '' - Muhemme Huseyin Xan, " 21 ; 15 Qatari "- Yashli kishi .                       Seryallarda:  Qiz yuku " seryalinda . Şoşu. "5+''                                                                                         Televiziyada:Qovgali kendinin geceleri -Shemsidan,Bizim Jek
Azdramada: Golge tamashasinda-Kapral,Kenralin son emri tamashaida-Ferari, Elibaba ve qirxduldur-Quldurbashi. Bir çox Dövlət tədbirlərində və əyləncəli verilişlərdə çıxış edib.

Nesibe Eldarova

Nəsibə Novruz qızı Eldarova — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2014).
Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
Nəsibə Eldarova 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş və 2 il Rza Təhmasibin kursunda (sonralar Nəsir Sadıqzadənin kursunda) təhsil almışdır. Bir müddət ali məktəbdən uzaqlaşsa da, sonradan universitetə bərpa olunmuşdur. İnstitutu bitirdikdən sonra kinostudiyada fəaliyyətə başlamışdır.

1989-cu ildə Gənclər Teatrının yaranmasından sonra aktrisa həmin teatra işə düzəlir və orada 20 il müddətində 100-dən çox tamaşada çalışır. 2009-cu ildə verilən qərara əsasən, Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildikdən sonra aktrisa burada işə başlayır.

Nəsibə Eldarova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.                                                                                                                                                                                                                                           Arşınmalçı (film, 1985)
Bəyin oğurlanması (film, 1986)
777 №-li müəssisədə (film, 1988)(qısametrajlı bədii süjet-Mozalan № 129)
Yeni iş üsulu (film, 1989)
Kommersiya (film, 1992)
Qara "Volqa" (film, 1994)
Yuxu (film, 2001)
Bomba (film, 2005)
Kişiləri qoruyun (film, 2006)
Ci-Mi (film, 2008)
Səhərə inan... (film, 2011)
Həkimlər
Döngələr (2012)
Bir ovuc torpaq (2013)

13 Nisan 2015 Pazartesi

Lutfiyye Seferova


Qebir İki adama bir qəbir…. O da sənətə həyatı kimi baxdı. Səhnəyə müxtəlif cildlərdə, obrazlarda çıxsa da, öz taleyini yaşadı. Güldürdü, əyləndirdi, yaşatdı. Amma kimsə onun ürəyinə axan göz yaşlarını görmədi. Əvəzində bir dəfə də olsun fəxri ad almamasından gileylənmədi, efirlərdə ağlayıb, dünya malı üçün əl açmadı. Elə ona görə də öləndə bir qəbirlik yeri belə qıymadılar ona.   Lütfiyyə Səfərovadan danışıram, Musiqili Komediya Teatrının mərhum aktrisasından. Bəlkə də bu ad indiki nəsil üçün heç nə ifadə etmir, amma orta və yaşlı nəslin nümayəndələri Lütfiyyə xanımı oynadığı rolları yaxşı xatırlayır. O, zamanında “Məşədi İbad”da Gülnaz, “Gözün aydın”da Leyla, “Özmüz bilərik”də Lalə, “Ev bizim, sirr bizim”də Çiçək, “Ulduz”da Ulduz, “Sevindik qız axtarır”da Nazik, “Qaynana”da Afət, “Nənəmin şahlıq quşu”nda Nazlı, “Məmmədəli kurorta gedir”də Xurşud, “Arşın mal alan”da Asya, “Milyonçunun dilənçi oğlu”nda qonşu qız, “Olmadı elə, oldu belə”də Gülnar obrazları ilə çox ürəkləri fəth edib.Haşiyə: Lütfiyyə Şamil qızı Səfərova 1942- ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əvvəlcə Asəf Zeynallı adına musiqi kollecinin vokal şöbəsində, sonra isə Xarici Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. Sonralar Lütfiyyə Səfərovanın teatra olan həvəsi onun taleyini ömürlük Musiqili Komediya Teatrına bağlayıb. Aktrisanın sənət kariyerası hələ 2-ci kursda oxuyarkən “Səndən mənə yar olmaz” musiqili komediyada oynadığı Təranə obrazı ilə başlayıb. Rəngarəng rollarla düz 44 il səhnəyə çıxıb. Son illərdə də maraqlı rolları ilə yadda qalıb. Məsələn, o, 2004- 2005- ci illərdə “Volqalı canan”, “92 dəqiqə gülüş”, “Bankir adaxlı”, “Talelər qovuşanda” tamaşalarında rol alıb. Şaqraq opera səsinə malik olması da aktirisanın tez bir zamanda şöhrət qazanmasına səbəb olub. Onun haqqında yazılan məqalələrdə qeyd olunur ki, 60- cı illərin əvvəllərində Musiqili Komediya Teatrında vokalçı aktirisalar azlıq təşkil edirdi. 1965- ci ildə isə o, Kreml Teatrı tərəfindən dəvət alıb.“ İncinin qiymətini zamanında verməkdə acizlik göstərdilər”

Qebir 51 İki adama bir qəbirMüsahibələrinin birində demişdi bu sözləri. Özünümü düşünmüşdü? Demək çətindi. Amma hər halda bu fikirlər özünə qarşı gördüyü diqqətsizlikdən doğurdu. Məhz bu biganəlik aktrisanın ölümünə səbəb oldu.

Lütfiyyə Səfərova cəmi bir neçə aydır ki, aramızda yoxdur. Amma bu barədə heç bir media orqanında bir kəlmə də olsun söyləmədilər. Sanki belə bir sənətçi heç olmamış kimi.

 İndi Lütfiyyə Səfərova Bakıdan uzaq bir qəbiristanlıqda anası ilə birgə uyuyur.

Xanim Qafarova ile birlikde İki adama bir qəbirHəyatını Azərbaycan incəsənətinə həsr etmiş aktrisaya bu məmləkətdə bir qarış torpaq da çox görüldü. Çəkdiyi əziyyət, incəsənətimizin inkişafında göstərdiyi xidmətləri kimi ölümü də adiləşdirildi. Heç onun üçün 40 mərasimi də təşkil olunmadı. Yaxınlarına 40 mərasiminin Təzə Pir məscidində keçiriləcəyi bildirilsə də, təziyəyə yollananlar qapıdan qaytarılıb. Məscidin işçiləri belə bir mərasimin təşkil olunmadığını söyləyiblər. Halbuki tamaşaçılarının alqış sədaları altında son mənzilə yola salınması ən təbii haqqı idi.Məsələnin dini tərəflərinə gəlincə, bir insan başqa bir insanın tam çürüməmiş bədəni olan bir qəbirdə dəfn edilə bilməz. Bu, həm İslam, həm də xristian dinində belə səciyyələndirilir. İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, bir insan bir qəbirdə dəfn edilir. Lakin zərurət halında ikincisini eyni yerdə basdırmaq olar: “Məsələn, Uhud döyüşündən sonra bir çox şəhid bir məzarda dəfn olunmuşdu. Əgər qəbirdəki cəsəd çürüyübsə, arada torpaq olmaqla başqa bir meyiti orada dəfn etmək olar. Bu halda əvvəlki meyitin sümükləri yığılıb toplanır, sonra yeni meyitlə arada torpaq olmaqla dəfn işləri həyata keçirilir”.

6 Nisan 2015 Pazartesi

Rehman Rehmanov

Rəhman Tofiq oğlu Rəhmanov 29 aprel 1957-ci ildə Bakı şəhərində anadan olub. 8 saylı musiqi məktəbində oxuyub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakultəsində təhsil alıb.

Televiziyanın yumor verilişdərindən tamaşaçılara yaxşı tanış olan Rəhman Tofiq oğlu Rəhmanov 1974-cü ildən bu günə qədər öz həyatını Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına bağlayıb. Rəhman Rəhmanov koloritli, duzlu və məzəli aktyordur. Obrazın xarakterini tam açmaq üçün söz-hərəkət-musiqi vasitələrinin vahid kompozisiyada birləşməsinə məharətlə nail olub.

Anarın «Qaravəlli» tamaşasında Balaqədeş, Mirzəağa Atəşin «Cırtdan» tamaşasında Div, Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında Div və Qədeş, Tofiq Mütəllibovun «Meşə nağılı» tamaşasında Təkgöz kişi, Tofiq Kazımovun «Qoçaq Polad» tamaşasında Balıqçı, Hikmət Ziyanın «Əkiz qardaşlar» tamaşasında Səfər, Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» tamaşasında Oğru, Əli Səmədlinin «Əzablı günlərin sonu» tamaşasında Qoca zənci, Rada Moskovanın «Hara qaçırsan, dayça?» tamaşasında Balaqan sahibi, Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında Canavar, Nicat Kazımovun «Ələddin» tamaşasında Şah, Eldar Baxışın «Məlikməmməd» tamaşasında Şah, Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» mono tamaşanıda bütün rolları ifa edib.

Rəhman Rəhmanov 2006-cı ildə mono tamaşalar festivalında Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» tamaşası ilə iştirak etmiş və «Qızıl Dərviş» mükafatı laureatı olmuşdur. Aparıcı səhnə ustasıdır.

Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür[1]. 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülmüşdür

Aydın Dadaşov


Aydın Ərşad oğlu Dadaşov — Azərbaycan kinoşünası, kinodramaturq, rejissor, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor.

Həyatı
Aydın Ərşad oğlu Dadaşov 1 mart 1952-ci ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit, Ümumrusiya Teatr Akademiyasının dram sənəti fakültələrini, Ali rejissorluq və ssenari kurslarını bitirib. İnformasiya gerçəkliyi barədə namizədlik, mövzu, struktur, üslub, janr problemlərindən doktorluq dissertasiyası müdafiə edib. Dramaturgiya, ssenari yaradıcılığı və rejissorluqla bağlı fənnləri tədris edir.

Kitablarıeser1eser2
Dəvətnamə. (nəsr), 1992. 16 ç.v.
Gerçəkliyin astanasında. (monoqrafiya), 1992. 14 ç.v.
Ekran dramaturgiyası: mövzu, struktur, üslub, janr problemləri. (monoqrafiya), 1999. 12 ç.v.
Ekran publisistikası. (dərs vəsaiti) 2000.10 ç.v.
Qərib (nəsr), 2000. 20 ç.v.
KİV-də reklam və marketinq problemləri. (monoqrafiya). 2001.16 ç.v.
Ssenari yaradıcılığı. (dərslik), 2001. 14 ç.v.
Madaqaskar. (nəsr), 2001. 12 ç.v.
Məhəmməd Həsən Hacınski. (monoqrafiya), 2004. 16 ç.v.
Dramaturgiya. (dərslik), 2004. 20 ç.v.
Müstəqillik dövrünün dramaturgiyası. (monoqrafiya), 2005. 15 ç.v.
Rejissor Arif Babayev. (monoqrafiya). 2006. 12,5 ç.v.
İslam və demokratiya. (monoqrafiya). 2007. 17,5 ç.v.
Folklorumuzun ilk doktoru. (Məmmədhüseyn Təhmasib), (monoqrafiya). 2007. 14,2 ç.v.
Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində. (dərslik), 2008. 17 ç.v.
Teatr-kino prolemləri. (monoqrafiya). 2008. 20,5 ç.v.
Kinoşünaslıq. (dərslik), 2009. 33,7 ç.v.
Rejissorluğun üslub problemləri. (monoqrafiya), 2010. 19,5 ç.v.
Qarabəy Qarabəyovun mühiti və idealları. (monoqrafiya). 2012. 33,7 ç.v.
İran kinosunun inkişaf təmayülləri. (mоnоqrafiya). 2012. 12 ç.v.
Müasir Azərbaycan dramaturgiyası. (mоnоqrafiya). 2012. 19 ç.v.
Üzərində çalışdığı filmlər[redaktə]
1. Yarımçıq qalmış mahnı. Film direktoru. Azərbaycanfilm. Bədii-oyun.1979.
2. Onun bəlalı sevgisi. Film direktoru. Azərbaycanfilm. Bədii-oyun. 1980.
3. Birisigün gecəyarı. Film direktoru. Azərbaycanfilm. Bədii-oyun.1980.
4. Vah! Film direktoru. Azərbaycanfilm. Bədii-oyun.1981.
5. Gümüşü furqon. Film direktoru. Azərbaycanfilm. Bədii-oyun. 1982.
6. Bulaq. Müəllif – rejissor. Bədii-oyun. Azərbaycanfilm. 1983.
7. Tənha narın nağılı. Film direktoru. Azərbaycanfilm. Bədii-oyun.1984.
8. Ustad Sultan Məhəmməd. Müəllif – rejissor. Azərbaycanfilm. Elmi kütləvi.1985.
9. Balaban. Müəllif. Azərbaycanfilm. Sənədli.1986.
10. Əks-səda. Müəllif. Azərbaycanfilm. Sənədli. 1987.
11. İsti halvanın dadı. Müəllif – rejissor. Azərbaycanfilm. Sənədli. 1987.
12. Uşaqlar nəğmə oxuyudu. Müəllif. Azərtelefilm. Sənədli. 1987.
13. Səs. Müəllif – rejissor. Azərtelefilm. Sənədli. 1988.
14. Göydən üç alma düşdü. Müəllif. Azərtelefilm. Sənədli. 1988.
15. Maestro. Müəllif. Azərtelefilm. Sənədli. 1988.
16. Kreslo. Müəllif. Azərbaycanfilm. Sənədli. 1988.
17. Ramin. Müəllif. Azərbaycanfilm. Sənədli.1988.
18. Əndazədən çıxanlar. Redaktor. Azərbaycanfilm. Cizgi. 1988.
19. Sahilsiz gecə. Redaktor. Azərbaycanfilm. Bədii-oyun.1989.
20. Doğma sahillər. Redaktor. Azərbaycanfilm. Bədii-oyun. 1989.
21. Ağ pambığı becərəndə yığanda. Müəllif – rejissor. Azərbaycanfilm. Sənədli.1989.
22. Yol ayrıcında. Müəllif – rejissor. Azərbaycanfilm. Sənədli. 1989.
23. Yubiley. Müəllif. Azərtelefilm. Sənədli. 1989.
24. Daşdan keçən kağız. Müəllif. Azərtelefilm. Sənədli. 1989.
25. Dəvətnamə. Müəllif – rejissor. Azərbaycanfilm. Bədii-oyun. 1989.
26. Doğma sahillər. Redaktor. Azərbaycanfilm. Bədii-oyun. 1989.
27. Sahilsiz gecə. Redaktor. Azərbaycanfilm. Bədii-oyun. 1989.
28. Qanlı Bakı. Müəllif – rejissor. Azərtelefilm. Sənədli. 1990.
29. Göydən üç alma düşdü. Müəllif. 215 KL. Sənədli. 1990.
30. Ağlı-qaralı dünya. Müəllif. 215 KL. Sənədli. 1991.
31. Retro. Müəllif – rejissor. 215 KL. Sənədli. 1991.
32. Göz qapanması. Müəllif – rejissor. Azərtelefilm. Sənədli. 1992.
33. Lağım. Müəllif. Azanfilm. Animasiya. 1993.
34. Ağrı. Müəllif – rejissor. Azərtelefilm. Sənədli. 1994.
35. Zəng. Müəllif – rejissor. Ay-Al film. Sənədli. 1995.
36. Biznesmen. Müəllif – rejissor. Ay-Al film. Sənədli. 1996.
37. Bacılar. Müəllif – rejissor. Ay-Al film. Sənədli. 1997.
38. Aydınlığa doğru. Müəllif – rejissor. Ay-Al film. Sənədli. 1998.
39. Məhəmməd Füzuli. Müəllif – rejissor. Ay-Al film. Elmi kütləvi. 1998.
40. Terror. Müəllif – rejissor. AyQM studiyası. Sənədli. 1998.
41. Mingəçevir. Müəllif – rejissor. AyQM studiyası. Sənədli. 1999.
42. Ailə. Müəllif – rejissor. Ocaqfilm. Sənədli. 1999.
43. Bizim almanlar. Müəllif – rejissor. Ocaqfilm. Sənədli. 2000.
44. 9 dəqiqə. Müəllif. Salnamə. Sənədli. 2000.
45. Haray. Müəllif. Salnamə. Sənədli. 2001.
46. Torpaq. Müəllif. Azanfilm. Animasiya. 2002.
47. Məhəmmədhəsən Hacınski. Müəllif – rejissor. Xaqanfilm. Elmi kütləvi. 2003.
48. Xeyransa. Müəllif – rejissor. Xaqanfilm. Sənədli. 2004.
49. Xınalıq. Müəllif – rejissor. Salnamə. Sənədli. 2005.
50. Heydər Əliyev: Dünyaya pəncərə. Müəllif. Salnamə. Sənədli. 2006.
51. Akademik. Müəllif – rejissor. Salnamə. Sənədli. 2007.
52. Həqiqətin özü. Redaktor. Salnamə. Sənədli. 2008.
53. Sirk səmasının cazibəsi. Müəllif – rejissor. Salnamə. Sənədli. 2009.
54. Dədələr yolu. Müəllif. Salnamə. Sənədli. 2009.
55. Nisgil. Müəllif – rejissor. Yaddaş. Sənədli. 2010.
56. Ulduzlar. Müəllif – rejissor. Praytfilm. Elmi kütləvi. 2010.
57. Çapıqlı adam. Müəllif – rejissor. Salnamə. Sənədli. 2011.
58. Babam və mən. Müəllif – rejissor. Salnamə. Sənədli. 2012.
59. Tərk etmə məni. Müəllif – rejissor. RTV. Sənədli. 2012.
60. Zəlzələyə doğru. Müəllif – rejissor. RTV. Sənədli. 2012.  

Fatma Mahmudova

  Fatma Mahmudova 1954-cü ildə Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutununu bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Teatrın aparıcı aktrisalarından olan F.Mahmudova bu müddət ərzində bir çox özünəməxsus obrazlar yaratmağa nail olmuşdur. "Dağılan Tifaq"da Sona xanım, "Fərhad və Şirin"də Məryyəm, "Solğun Çiçəklər"də Sara, "Qaçaq Nəbi"də Həcər, "Təhminə və Zaur"da Təhminə, "Qismət"də Ana və s. bu kimi obrazlar onu tamaşaçıların sevimlisinə çevirmişdir. Aktrisa 1987-ci ildə "Pirverdinin Xoruzu" filmində Həlimə roluna çəkilmişdir.
1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan F. Mahmudova 1994-cü ildən taleyini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlamalı olmuşdur. Burada teatrın repertuarında olan tamaşaların əksəriyyətində rol alaraq bir sıra maraqlı obrazlar yarada bilmişdir. O, "On min dollarlıq keyf" tamaşasında Bağdagül, "Hərənin öz ulduzu"nda Xurma, "Bankir adaxlı"da ağuçu Gülbikə, "Birgünlük siğə"də Adilə Dudu, "Adamın adamı"nda At Balaxanım, "Məsmə xala dayımdır" əsərində Əsmər, "Şeytanın yubileyi"ndə Məryəm və s. rolların öhdəsindən bacarıqla gəlmişdir.



F. Mahmudova 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülb. Prezident təqaüdçüsüdür.
İki qız anasıdır. Kiçik qızı Nigar Tofiq Akademik Musiqili Teatrın aktrisasıdır. 



Əjdər Dadaşov Zöhrə Abdullayeva Telli Huseynova Ilxam Asadov

                                           Genc Tamasacilar Teatri Konsert

Zemfira Abdulsemedova

Həyatı:
Əbdülsəmədova Zemfira 1978-ci ildə teatr və kino aktyorluq fakültəsinə daxil olub. Diplom tamaşası Edvard Olbinin Hər şey bağdadır və A.P.Çexovun vodevelleri olub. 1982-ci ildə təyinatla Şəki Dövlət Dram Teatrının aktyor turpasına daxil olub. Teatrın Moskovanın Kazan şəhərində Şekspir festivalında Romeo və Cülyetta tamaşasında Cülyetta rolu olub. Zemfira Əbdülsəmədova 1985-ci ildə Şıxəli Qurbanov adına Musiqili Komedya Teatrında işləyir. Teatrında ilk rolu mərhum sənətkar Vaqif İbrahimoğlunun quruluşunda Fikrət Əmirovun Gözünüz aydın musiqili komediyasında tibb kapitanı Gülər rolunu ifa edir.Daha sonra teatrda Nəsibə Zeynalova Hacıbaba Bağırov kimi böyük sənətkarlarla tamaşalarda oynayıb. 1989-cu ildə mərhum sənətkar Hüseynağa Atakişiyevin dəvəti ilə Gənclər Teatrında işləyib.Z.Əbdülsəmədova hal-hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.Milli Konservatoryanının tərkibində olan İncəsənət Gimnaziyasında aktyorluqdan dərs deyir sehne danisigi ve eyni zamanda tamasalar hazirlayir.Ans ve Itv kanallarinda Xarici filmleri seslendirir
1)Şəki Dövlət Dram Teatrında ifa elediyi rollar
Lənkaran xanın vəziri-Şölə(Mirzə Fətəli Axundov)
Halallıq-Mironixa(Qriqori Rasputin)
Sevda-Bəxt üzüyü(Vaqif Səmədoğlu)
Kamilə-Toy(Sabit Rəhman) 2)Musiqili komediya teatrinda ifa etdiyi rollar:.F.Emirov Gozun aydin-Tib kapitani guler,92 deqiqelik gulus,Sonqulunun mehebbeti. 3)Gənclər Teatrında ifa elədiyi rollar:Laləli düzən-(R.Əlizadə),Dadaşbala Əməliyyatı-(R.Əlizadə),Qatil-(Elçin Əfəndiyev),Elburs evlənir-(Georgi Xuqayev),Halallig-Miranixa,Leyli ve Mecnun- Leyli ve anasi,Ox ve hedef,Arvadimin eri-Zerine,C.Memmedquluzade Qurbanelebey Qurbanelibeyin arvadi ve.s
4)Film və teleseriallarda ifa elədiyi rollar: Yuxu, Dalan, Səbəkə, Sonuncu Dərviş,Qara volqa filmləri. 5)Seriyallar:Sirr(Fatma), Pərvanələrin rəqsi(Növrəstə), Muradına çatan Günəş(Xədicə), Qisas serialları,Uc baci(Xedice) 6)Televiziya tamasasi:Ölüm ya olum və ya hər şeyə rəğmən

Əjdər Dadaşov

Əjdər Dadaşov:
Şöhrətin başlanğıcı, uğurun təlatümü, özəl gücün qüvvəti, dərin inamın ədaləti kəskin bir istəkdən, motivasiyasıan doğur. Həyatın qanunu belədir: sənin uğurun sənin istəyinə, istəyinin istiqamətinə, istiqamətinin hədəfinə tabedir. Üstəlik gənc mədəniyyət nümayəndəsi bunlara daha çox maraq salır. Bir az fəlsəfi çıxışlarımızı davam etdirsək belə bir mülahizəni də ortaya qoymaq olar: İşin tən yarısı daxili ruhsal baxışınla bağlıdırsa, digər yarısı qabiliyytinə görə peyda olur. Azərbaycanda isə lazımi istedadlı, bununla belə həvəsli, istəkli, və mübariz düşüncəli, qətiyyətli gənclərimiz kifayət qədərdir. Nahaqq yerə deyilməyib ki, Vətənimiz istedadlar diyarıdır…

“ideal gənclik” rublikasının ilk qonağı gənc teatr həvəskarı, həmçinin tarzən Əjdər Dadaşovdur. Əjdər Dadaşov 19 yaşındadır. Bakıda anadan olub. Təhsilinin ilk pilləsini Rusiyanın Uralski şəhərində alsa da sonralar Bakıda 251 nömrəli məktəbdə oxumaqla davam edib. Burada gözəl insan Mədinə müəllimə onun sinif rəhbəri olub. Lakin  Əjdər bu məktəbində də uzun müddət qərar tutmayıb və ailəsinin istəyilə o 4-cü sinifi 289 nömrəli zəngi liseydə davam etdirib. Əjdərin tar müsiqi alətinə marağı, bacarığı həmin bu illərdə formalaşıb və bu alət üzrə ilk müəllimi gözəl Tarzən Saiq Axundbəyli şəxsən gənc müsiqiçiylə məşğul olub. Əsl peşəkarın başçılığı ilə müsiqi alətinin səs incəliklərinə yiyələnməyə başlayan Əjdər həmin məktəbdə ona xor dərsi keçən Teymur müəlliminə də böyük minnətdarlığını bildirir. Bir müddətdən sonra Gənc müsiqiçinin həvəs və istəkləri onun Asəf Zeynallı adına müsiqi kollecinə daxil olmasına gətirib çıxardı. Burada isə onu peşəkar tarzən Şamil müəllim bu sənətin fəlsəfəsindən agah etmişdir.Soradan o senedlerin Azerbaycan Dovlet Medeniyyet ve Incesenet Universitetine verib.
“Teatr böyük sirli dünyadır bu dünyaya qatılmaq asan olsa da, burada baş çıxarmaq hər adamın işi deyil. Bir çox sənət insanları bu peşədən yarımçıq gediblər. Teatrda gülərüzlülük, sevinc, məhəbbət, əsəb, hər bir hiss yaşanır. Təəssüf ki, bizim gənc nəsil teatrlara çox az vaxt ayırırlar. Heç olmazsa orta məktəblərə, kollec və insitutlara bilətlər satılır. Bunun böyük bir xeyri vardır ki, tələbələr səhnənin, teatrın nə olduğunu, tamaşanın necə bir hiss yaşatdığını öyrənmiş olurlar. Axı bizim teatr artistlərimiz bütün həyatlarını bu sənətə bağlayıblar”.
Əlində bir sənət saxlayan bu gəncin əslində illərdir daxilində qığılcımları parlayan başqa bir talant gizlənirmiş. Əjdər hələ 4 yaşındaykən teatra böyük maraq göstərir. Uşaq yaşlarında özü biletlər düzəldərək yoldaşlarına paylayır sonra isə kiçik bir səhnə yaradaraq öz məharətilə izləyicilərin diqqətini və sevgisini qazanırdı. Hətta orta məktəbdə oxuyarkən dərs zamanı yumoristik bir səhnəni ifa edərək tamaşaçı qismində olan sinif yoldaşları və müəlliminin üzündə təbəssüm yaratmağa nail olmuşdu. Beləcə teatra marağı, səhnəyə vurğunluğu Əjdər Dadaşovun bir çox aktyorlarımızla incəsənət adamları ilə tanışlığına gətirib çıxardı.Facebook da Teatrimizin Incileri qrupun isledir. Ətrafı geniş sənətkarlarla əhatələnmiş bu gənc barədə, onun sənətə bağlılığı haqqında həmin insanların bir qisminin fikirlərilə sizi tanış edirik:
1.Sərdar Rüstəm(aktyor):
Əjdər Dadaşov mənim üçün hər şeydən öncə dostluğuna, sədaqətinə güvəndiyim, özümə doğma bilib arxalandığım – hər adama da arxalanmağ olmur indiki dövrdə – yaxın dostum, güvəndiyim dost deyə biləcəyim, az sayda olan insanlardandır, fəqət etibarlı insanlardandır!… Həzrəti Yusifin qardaşı çox idi, amma dostu təkcə Ben Yamin idi. Kənardan muşahideçi olaraq deyə bilərəm ki, Əjdər yorulmaq bilmədən çalışan Teatr ve sənət fədailərindəndir, O, təəccüb doğuracaq qədər zəhmətkeş biridir, fikir verirəm, elə hey əlləşir, vuruşur, axtarışlar edir, “Səhnəmizin İnciləri” səhifəsində bütün teatrların aktyorlarına eyni qayğı və sənətsevərliklə yanaşır, bax bu cür yaradıcı insanlara sözün əsl mənasında qibtə etmək olar. Əjdərə bu gözəl sənət axtarışlarında uğurlar diləyir və həmişə yolun açıq olsun deyirem!…
2.Əminə Babayeva(aktrisa):
Əjdər mənə həmişə ana dəyə müraciət edib. Bəli mən onun virtual anasıyam və buna çox şadam. Çox calışqandır. Əjdərə can sağlığı, həyatda xoşbəxtlik, işlərində uğurlar arzu edirəm. Bu yeni ildə balama bütün arzularının çin olmağını arzu edirəm!
3.Mətanət Atakişiyeva(Əməkdar artist):
Əjdərin xoşbəxt, tanınmış bir şəxsiyyət olmasını çox istərdim, elə də olacaq. Ona can sağlığı uğurlar həyatında şirin günlər olmasını arzu edirəm.
4.Elxan Rza(aktyor):
Əjdər həqiqətən facebook məkanında gözəl bir işlə mışğul olur. Azərbaycan teatrının sənətkarlarını geniş bir şəkildə təbliğ edir. Bu işdə ona bolluca uğurlar arzulayıram. Əjdərə təşəkkür edirəm bir daha!..
5.Nahidə Orucova(əməkdar artist):
Sən sənəti çox sevən bir insansan, əsil sənət adamı sənətə qiymət verməyi bacarmalıdır. Bax sən elə bir insansan. Zər qədrini zərgər bilər, Sən ki, “facebook”da “Teatr inciləri” rublikasını açmısan, bu çox xeyirxah bir addımdır. Bunun vasitəsilə insanları incəsəntlə bağlı bütün yeniliklərlə müxbir edsirsən. Bəzən bir çox hadisələri biz sənin yazılarından öyrənirik. Çox sağol ay Əjdər sənətdə sənə ancaq uğurlar arzu edirəm!
6.Nadir Xasıyev(aparıcı səhnə ustası, aktyor):
Azərbaycan teatr sənətində, incəsənətində ləyaqətlə təmsil olunan simaların bizə məlum səhifələrdə geniş şekildə təbliğ etməyin, onların həyat və yaradıcılığı göz önünə gətirməyin olduqca xeyirlidir, önəmlidir!
7.Ağaxan Salmanlı(Xalq artisti):
Gözəl insan, əziz dostum, sənətsevər gülərüz, hamıya təbəssüm bəxş edən Əjdərə can sağlığı hər zaman cavan, gümrah qalmasını arzu edirəm!
8.Nigar Bahadırqızı(aktrisa):
Əjdərə can sağlığı, hər zaman xoş günlər arzu edirəm. O mənim canımmdır!
9.Meyxanaçı Vüqar:
Əjdərə uğurlar, müvəffəqiyyətlər, can sağlığı!..